İranda MKİ-nin casusluq şəbəkəsi məhv edilib
İranın Təhlükəsizlik Nazirliyi Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin İrandakı casusluq şəbəkəsinin aşkar edilərək, məhv edilməsindən xəbər verib.
IRIB-nin məlumatına görə, İranın Təhlükəsizlik Nazirliyi qrup və fərdi şəkildə fəaliyyət göstərən Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin peşəkar casuslarından 17 nəfəri keçən günəş ilində həbs edibdir.
İranın Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr bölməsinin məlumatına görə, aşkar edilmiş casuslar iqtisadi, nüvə, infrastruktur, hərbi və kibernetika üzrə həssas və həyati mərkəzlərdə və özəl sektorda podratçı və ya müşavir formasında fəaliyyət göstərirmişlər.
Həmçinin mühüm mərkəzlərdən təsnifata ayrılmış informasiyaların toplanması və texniki-informasiya əməliyyatlarının həyata keçirilməsi bu casusluq şəbəkəsinə həvalə edilmiş tapşırıqlardan olubdur.
Bu məlumata görə, Amerika vizasının verilməsi və ya uzadılması, iranlı mütəxəsssilərin işə götürülmələri, təchizatların təmini, ölkə xaricində keçirilən elmi konfranların kənarında nəzərdə tutulan adamlara birbaşa müraciət, ictimai şəbəkələr vasitəsilə email və mesajın göndərilməsi Amerika kəşfiyyat xidtmətinin metodlarından olubdur.
İranın Təhlükəsizlik Nazirliyi bildiirib: MKİ ünsürlərinin bəzi Avropa və Asiya ölkələrindən, bu ölkələrin kəşfiyyat xidmətlərinin öncədən məlumatlandırılmaları ilə mənbələrlə əlaqə saxlamaq üzrə sui-istifadələri, İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyinin nəzərindən qaçmayacaq və qəti şəkildə bu məsələlərin məsuliyyəti həmin ölkələrin üzərinə düşəcəkdir.