İran tankerinin müsadirə edilməsi bir dəniz quldurluğudur
https://azeri.sahartv.ir/news/İran-i344913-İran_tankerinin_müsadirə_edilməsi_bir_dəniz_quldurluğudur
İranın xarici işlər naziri deyib: İran neftini daşıyan tankerin müsadirə edilməsi bir dəniz quldurluğu idi və Amerikanın fərmanı ilə həyata keçirilmişdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2019 17:14 Asia/Baku
  • İran tankerinin müsadirə edilməsi bir dəniz quldurluğudur
    İran tankerinin müsadirə edilməsi bir dəniz quldurluğudur

İranın xarici işlər naziri deyib: İran neftini daşıyan tankerin müsadirə edilməsi bir dəniz quldurluğu idi və Amerikanın fərmanı ilə həyata keçirilmişdi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün bir twitt-də İngiltərənin baş naziri olması münasibətilə Boris Consonu təbrik edərək, əlavə edib: Tehran qarşıdurma ardınca deyil, amma İran Fars Körfəzində 1500 mil sahilə malikdir və onu mühafizə edəcəkdir.

İngiltərənin keçimiş xarici işlər naziri Boris Conson bu gün bu ölkənin baş naziri seçilibdir.