Kənd təsərrüfatı sahəsində İran-Çin əməkdaşlığı genişlənir
https://azeri.sahartv.ir/news/İran-i345103-kənd_təsərrüfatı_sahəsində_İran_Çin_əməkdaşlığı_genişlənir
İran və Çinin kənd təsərrüfatı nazirləri müxtəlif kənd təsərrüfatı və qida sahələrində iki ölkə əməkdaşlığının genişləndirilməsini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2019 03:41 Asia/Baku
  • Kənd təsərrüfatı sahəsində İran-Çin əməkdaşlığı genişlənir

İran və Çinin kənd təsərrüfatı nazirləri müxtəlif kənd təsərrüfatı və qida sahələrində iki ölkə əməkdaşlığının genişləndirilməsini vurğulayıblar.

İranın kənd təsərrüfatı naziri Məhmud Höccəti və Çinin kənd təsərrüfatı naziri Han Çanfu dünən Pekində kənd təsərrüfatı məhsullarının idxalatı və ixracatı sahəsində həmkarlığa hazır olduqlarını bildiriblər.

Tədqiqat və bitki genetikası məsələləri sahələrində əməkdaşlıq İran və Çinin kənd təsərrüfatı nazirlərinin vurğuladıqları məsələlərdən olubdur.

Çinin kənd təsərrüfatı naziri Han Çanfu maşın avadanlıqları və texnologiya mübadiləsi, həmçinin təcrübənin ötürülməsi sahəsində İran İslam Respublikası ilə həmkarlıqları genişləndirməyə hazır olduğunu bildiribdir.

İranın kənd təsərrüfatı naziri Məhmud Höccəti kənd təsərrüfatı sahəsində iqtisadi əlaqələri genişləndirmək və gücləndirmək məqsədilə dördgünlük səfər çərçivəsində çərşənbə axşamı günü gecə Pekinə daxil olubdur.