İyul 28, 2019 16:44 Asia/Baku
  • Vyanada nüvə anlaşması üzrə müştərək komissiyanın iclası başlanıb
    Vyanada nüvə anlaşması üzrə müştərək komissiyanın iclası başlanıb

Nüvə anlaşması üzrə müştərək komissiyanın iclası İranın və 4+1 qrupunun siyasi müavin və müdirləri, həmçinin Avropa Birliyi nümayəndəsinin iştirakı ilə Vyanada başlanıb.

Vyananın Kuborq otelində keçirilən bu iclasda İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyyed Əbbas Əraqçi və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin müavini Helqa Şmidt iştirak edirlər.

Avropa Birliyi bundan öncə bir bəyanatda bildirmişdi ki, Fransa, Almaniya, İngiltərə və İranın xahişi ilə keçirilən bu iclasda nüvə anlaşması ilə bağlı müxtəlif məsələlər müxtəlif yönlərdən araşdırılacaq.

Əraqçi bugünkü iclasdan öncə deyib: Ötən bir ay ərzində nüvə anlaşması sahəsində bir çox dəyişikliklər baş verib və İngiltərənin Cəbəluttariqdə İran tankerini müsadirə etməsi bu anlaşmanı pozur.

Teqlər