İyul 28, 2019 18:22 Asia/Baku
  • Əraqçi: Vyana iclası konstruktiv idi
    Əraqçi: Vyana iclası konstruktiv idi

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib ki, Vyanada keçirilən nüvə anlaşması üzrə müştərək komissiyanın iclası səmərəli olub, amma demək olmaz ki, hər şey həll olubdur.

Seyyed Əbbas Əraqçi bu gün Vyanada keçirilən nüvə anlaşması üzrə müştərək komissiyanın növbədənkənar iclasından sonra müxbirlərə deyib: İran tankerinin Cəbəluttariqdə İngiltərə tərəfindən müsadirə olunması nüvə anlaşmasının pozulması idi, amma bununla belə, bu barədəki müzakirələr də konstruktiv olubdur.

Əraqçi söyləyib: Demək olmaz ki, hər şey həll olub, amma deyə bilərik ki, bu iclasda bir çox öhdəliklər götürüldü.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini belə qeyd edib: İran, öz maraqlarının qorunacağı zamanadək nüvə anlaşmasındakı öhdəliklərini azaltmağı davam etdirəcək.

O, əlavə edib: Bu görüşdə qərar üzrə nüvə anlaşması üzrə müştərək komissiyanın öncəki iclasının razılaşmaları və koordinasiyaları və onların irəliləyiş prosesi araşdırılmalı idi.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini həmçinin nüvə anlaşması üzrə müştərək komissiyanın Vyanada keçirilən növbədənkənar iclasından öncə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt, həmçinin Rusiya və Çin heyətlərinin nümayəndələri ilə görüşübdür.

Teqlər