İyul 29, 2019 15:25 Asia/Baku
  • Musəvi: İran avropalıların nüvə anlaşmasının qorunması istiqamətində real addımlar atmalarını gözləyir
    Musəvi: İran avropalıların nüvə anlaşmasının qorunması istiqamətində real addımlar atmalarını gözləyir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran avropalıların nüvə anlaşmasının qorunması istiqamətində real addımlar atmalarını gözləyir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün xarici və daxili müxbirlərlə mətbuat konfransında bildirib ki, İran Avropanın şifahi öhdəlikləri və siyasi bəyanatlarına arxalana bilməz.

O, əlavə edib: Nüvə anlaşmasının qorunması üzrə diplomatik səylər davam edir, amma əgər avropalılar bu anlaşmadakı öhdəliklərini icra etməzlərsə, İran üçüncü addımı daha möhkəm atacaqdır.

Musəvi sonra Braziliyianın məhkəmə hakimiyyətinin iki iranlı gəmiyə yanacaq çatdırmaq üzrə addımını məsuliyyətli bir addım adlandırıb və deyib ki, digər ölkələr də Amerikanın qanunsuz quldurluqları qarşısında dayanmağı öyrənməlidirlər.

Musəvi səud başçılarının İranla dialoq barədəki sözləri ilə bağlı isə belə deyib: İran dəfələrlə islami ölkələr arasındakı məsələlərin önşərtsiz olaraq, həllini istəyibdir və islami öklələrin yaxınığına səbəb olacaq hər bir addımı alqışlayır.

Musəvi Nigeriya islami hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin vəziyyətinə də toxunub: Şeyx Zəkzaki müsəlmanlar arasında xas yerə malik olan görkəmli elmi və dini şəxsiyyətdir və İran onun azad edilməsi istiqamətində var gücü ilə çalışır.

 

Teqlər