İran İngiltərə ilə müsadirə olunmuş gəmilərin dəyişdirilməsilə müxalifdir
İranın İngiltərədəki səfiri bildirib ki, İran qanunsuz şəkildə İngiltərə tərəfindən müsadirə olunmuş bu ölkənin tankerinin, qaydaları pozduğuna görə, Hörmüz boğazında müsadirə olunmuş ingilis tankeri ilə dəyişdirilməsilə müxalifdir.
Həmid Bəidinejad dünən gecə deyib: İran tankerinin Cəbəluttariq məntəqəsində müsadirə olunması və qanunpozan ingilis tankerin Hörmüz boğazında müsadirə olunması tərzləri arasında fərqlərin olmasına görə, İran müsadirə edilmiş gəmilərin dəyişdirilməsilə müxalifdir.
İranın İngiltərədəki səfiri bildirib ki, ingilis tankeri təhlükəsizlik qanunlarını pozduğuna görə, Hörmüz boğazında, İran tankeri isə yalnız İngiltərənin Amerikaya özünü şirin etmək üçün Cəbəluttariq məntəqəsində müsadirə olunublar, buna görə, Tehran bu gəmilərin dəyişdirilməsilə müxalifdir.
İngiltərənin dəniz qüvvələri iyulun beşində bir İran tankerini Cəbəluttariq məntəqəsində müsadirə etdi. Bəhanə də bu oldu ki, bu tanker Avropa Birliyinin Suriyaya qarşı sanksiyalarını pozubdur.
Belə bir halda, İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın dəniz qüvvələri iyulun 19-da Hormozqan vilayətinin limanlar və gəmiçilik təşkilatının xahişi ilə İngiltərənin "Stena İmpero" adlı tankerini CPS sistemini söndürməsinə və neft tullantılarını boşaltmasına görə, Hörmüz boğazında müsadirə etdilər.