Zərif: Pompeo İran medialarına cavab versin
https://azeri.sahartv.ir/news/İran-i345485-zərif_pompeo_İran_medialarına_cavab_versin
İran İslam Respublikasının xarici işlər naziri deyib ki, Amerikanın dövlət katibi ciddi suallara cavab verməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2019 07:19 Asia/Baku
  • Zərif: Pompeo İran medialarına cavab versin
    Zərif: Pompeo İran medialarına cavab versin

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, Amerikanın dövlət katibi ciddi suallara cavab verməlidir.

Məhəmməd Cavad Zərif dünən gecə twitter-də yazıb: Pompeo boş və aldadıcı təkliflər təqdim etmək yerinə, iranlı jurnalistlərin amerikalı rəsmilərlə müsahibə üzrə çoxlu sayda xahişlərindən birini qəbul edə bilər.

İranın xarici işlər naziri bildirib: Pompeo indiyədək müsahibə xahişini rədd edibdir, çünki ciddi suallara cavab verməli olduğunu bilir; eynilə İranın xarici işlər nazirinin Amerika mediaları qarşısında dayandığı kimi.

Zərif vurğulayıb: Amerikanın dövlət katibi bu məsələyə aydınlıq gətirməlidir ki, nə üçün o və bu ölkənin prezidenti İran xalqını terrorçu xalq adlandırıbdır.