Avq 01, 2019 17:30 Asia/Baku
  • Sepah və İran Silahlı Qüvvələrinin Baş Qərargahı Zərifə dəstək veriblər
    Sepah və İran Silahlı Qüvvələrinin Baş Qərargahı Zərifə dəstək veriblər

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah və İran Silahlı Qüvvələrinin Baş Qərargahı Amerikanın sanksiyaları qarşısında İran İslam Respublikasının xarici işlər nazirini himayə ediblər.

İslam İnqilabı Keşikçiləri Korpusu bu gün bir bəyanatda Amerikanın Məhəmməd Cavad Zərifin adını Vaşinqtonun sanksiyalar siyahısına salmasını gülünc hərəkət adlandıraraq, Vaşinqtonun qanunsuz hərəkətlərini İrana qarşı üzdəniraq maksimum təzyiq strategiyasının davamı hesab edib. Bildirib ki, amerikalılar bir daha İslam İnqilabının anti-imperialist və ilhamverici diskursundan əsəbiləşdiklərini göstərdilər.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın bəyanatında deyilir: İran İslam Respublikası amerikalıların bölgədəki fövqəlqüdrətlik və avantüra dövrünə son qoyaraq, onlara və onların regional və regiondankənar davamçılarına təhqiredici uğursuzluqlar qəbul etdiribdir.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Amerikanın hərəkətini pisləyərək, bildirib: Amerika öz qənaətincə, İran İslam Respublikasına daha çox təzyiq göstərmək, həmçinin özünün dünyada və regiondakı ardıcıl məğlubiyyətlərinin əvəzini çıxmaq üçün İranın xarici işlər nazirinin adını öz sanksiyalar siyahısına daxil edibdir.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Amerikanın avantürist hərəkətləri uğursuzluqdan başqa bir nəticə verməyəcəkdir. İran Silahlı Qüvvələrinin Baş Qərargahı əlavə edib: Avropa və bölgə ölkələrinin Hörmüz boğazı və Fars Körfəzində dəniz koalisiyasının yaradılması ilə müxalifətləri Ağ Ev başçılarını əsəbiləşdiribdir.

 

 

Teqlər