İranın cənub-şərqində bir tondan çox narkomaddə aşkar edilib
https://azeri.sahartv.ir/news/İran-i346325-İranın_cənub_şərqində_bir_tondan_çox_narkomaddə_aşkar_edilib
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə qüvvələrinin komandanı Zahidanda bir tondan çox narkomaddənin aşkar edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2019 10:57 Asia/Baku
  • İranın cənub-şərqində bir tondan çox narkomaddə aşkar edilib
    İranın cənub-şərqində bir tondan çox narkomaddə aşkar edilib

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə qüvvələrinin komandanı Zahidanda bir tondan çox narkomaddənin aşkar edilməsindən xəbər verib.

Briqada generalı pasdar Mohəmməd Qənbəri deyib: İranın təhlükəsizlik məmurları qaçaqmalçılar tərəfindən Zahidan şəhrestanına tərəf ağır narkotik maddə yükünün daşınmasına dair xəbər əldə edərək, bir neçə himayə dəstəsi formasında geniş ixtisas hərəkətləri və bölgəni izləməklə bazar ertəsi günü qaçaqmalçıların gediş-gəliş yolunu aşkar edərək, qəfil əməliyyatda onları yaxalaya bildilər.

General Qənbəri əlavə edib: Bu əməliyyatda bir qaçaqmalçının ödürülməsindən və iki qaçaqmalçının həbs olunmasından əlavə, məntəqənin təmizlənməsi zamanı tiryəkdən ibarət olan bir ton 95 kiloqram narkotik maddə bir ədəd silahla yanaşı aşkar və müsadirə olunubdur.

İran İslam Respublikası dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xətti kimi bu yolda təqribən dörd min şəhid veribdir.

BMT İranı narkotik maddələrlə mübarizənin bayraqdarı adlandırıbdır.