Avq 19, 2019 13:58 Asia/Baku
  • Musəvi: İran-Avropa nüvə anlaşması müzakirələri nəticə verməyibdir
    Musəvi: İran-Avropa nüvə anlaşması müzakirələri nəticə verməyibdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının nüvə anlaşması barədə avropalılar ilə müzakirələri prosesinə işarə edərək, deyib: Avropanın nüvə anlaşmasındakı öhdəlikləri barədə müzakirə və məşvərətlər bu anadək nəticə verməyibdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi bu gün daxili və xarici jurnalistlərlə mətbuat konfransında bildirib ki, İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılmasının üçüncü addımı işlənib hazırlanmaqdadır. O, əlavə edib: İranın ikinci addımda Avropaya verdiyi 60 günlük fürsətin bitməsinə az bir vaxt qalır və bu möhlətin sonunda İran İslam Respublikası üçüncü addımı atacaqdır.

Musəvi həmçinin İran tankerinin azad edilməsinin, qanun pozuntusuna görə, İran tərəfindən müsadirə olunmuş İngiltərə tankerinin taleyi ilə əlaqəsinin olmadığını vurğulayıb. Qeyd edib ki, qanunpozan ingilis tankerin azadlığı üçün İranın məhkəmə orqanlarının hökmünü gözləmək lazımdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Yəmən böhranı barədə Tehranda İran, Yəmənin Ənsarullah heyəti və dörd Avropa ölkəsinin heyətləri arasında üçtərəfli iclasın keçirilməsinə toxunaraq, deyib: Tehranda yaxşı, açıq, səmərəli və faydalı danışıqlar aparıldı. Ümid edirik ki, Yəmənə təcavüz etmiş tərəf də siyasi həll yoluna inanacaqdır.

Musəvi habelə Bəhreyn olayları haqda vurğulayıb: İran Bəhreynin daxili işlərinə müdaxilə etmək istəmədən daima bu ölkənin fikrindədir və ümid edir ki, atılmağa başlanmış addımlar Bəhreyn hökumətinin himayəsilə üzləşəcəkdir.

İranın diplomatiya idarəsinin sözçüsü Əfqanıstan sülh müzakirələrinə də işarə edib: İran həmişə bölgədə sülh və sabitliyin bərqərarını himayə edir və bu qənaətdədir ki, bütün bu danışıqlar Əfqanıstanın mərkəzi və qanuni hökumətinin iştirakı ilə mümkün olan bir çərçivədə keçiriləcək.

Musəvi həmçinin Röyters-in Əfqanıstan məsələsi ilə bağlı İran ilə Amerika arasında mesaj mübadiləsinə dair xəbər barədə belə deyib: İran Əfqanıstan barədə Amerika ilə danışmaq niyyətində deyil.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: Regiondankənar üçüncü hökumətlər bölgədə asayiş ardınca deyillər.

 

Teqlər