Avq 22, 2019 13:01 Asia/Baku
  • İran tankerinin azad edilməsi; Tehran üçün bir qələbə

Londonda çıxan "Financial Times" nəşri Cəbəlüttariq bölgəsində İran tankerinin azad edilməsini İran üçün bir uğur və qələbə adlandırıb.

Bu ingilis nəşr dünən yazıb: İran tankeri İngiltərənin xüsusi qüvvələri tərəfindən altı həftə müsadirə edildikdən sonra Tehran və Londonun çoxlu sayda məşvərətlərindən sonra azad edildi və İranın qalibiyyət əhval-ruhiyyəsini gücləndirdi.

"Financial Times" nəşri İran televiziyasından İran tankerinin müsadirəsinin aradan qaldırılması barədə məlumatın yayılmasına işarə edərək, yazıb: Bu məlumatda həmin tankerin azad edilməsi İran İslam Respublikasının qələbəsi və Amerikanın uğursuzluğu kimi qeyd olunubdur.

Cəbəluttariqin ali məhkəməsi Amerika hökumətinin İran tankerinin müsadirəsinin davam etməsini və hətta Amerikanın xeyrinə müsadirə edilməsini istəməsinə rəğmən, ötən həftənin cümə axşamı günü bu gəminin azad edilməsi barədə hökm çıxardı.

Teqlər