Avq 23, 2019 12:34 Asia/Baku

İranın müdafiə nazirliyinin elektron sənaye təşkilatının sədri deyib: "Bavər" raket sistemi yüz faiz İranın istedadlı ailmilərinin bilikəri və istedadları ilə konstruksiya edilərək, düzəldilibdir.

İranın müdafiə nazirliyinin elektron sənaye təşkilatının sədri briqada generalı Şahrox Şəhram dünən gecə bir televiziya müsahibəsində əlavə edib: "Bavər 373" hava hücumundan müdafiə sistemi, ölkə uzaq mənzlilli müdafiə sisteminə ehtiyac duyduğu üçün konstruksiya edilərək, düzəldilibdir.

İranın müdafiə nazirinin müavini deyib: Alt sistemlərə malik və hərəkətli olan bu supersistem S-300 sistemi ilə müqayisədə daha geniş izləmə mənzili, aşkarlama, döyüş mənzili, mübarizə və öldürücülük qüdrətinə malikdir.

O, deyib: Bu supersistem 320 kilometrdən çox mənzilə malik bir axtarış radarına malikdir. 250 kilometrdən çox mənzilə və olduqca yüksək diqqətə malik olan izləmə radarı da hədəfi izləyir.

General Şahrox Şəhram bildirib ki, "Bavər 373" hava hücumundan müdafiə sistemi Amerikanın "Patriot" sistemindən üstündür.

O, əlavə edib: Bu sistem hər biri bir radar sayılan on mindən çox elementə malikdir və ballistik raketlərlə mübarizədə işlənir.

Teqlər