General Səlami: Fars Körfəzində təhlükəsizlik İranın iştirakı ilə bərqərar olacaq
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib ki, Fars Körfəzində təhlükəsizlik İran İslam Respublikasının silahlı qüvvələrinin güclü iştirakı ilə bərqərar olacaqdır.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor pasdar Hoseyn Səlami bu gün Məşhəd şəhərində dini elmlər üzrə təhsil mərkəzlərinin bəsic müəllimlərinin illik konfransının kənarında əlavə edib: Düşmənlər Fars Körfəzi bölgəsinin təhlükəsizliyinə xələl gətirə bilməyəcəklər.
General Səlami əlavə edib: İran İslam Respublikası müxtəlif növlü müdafiə və strategiya sistemlərinin sınanması meydanıdır və bu addımlar müdafiə və önləyicilik qüdrətinin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətindədir və əsla dayanmayacaqdır.
General Səlami əlavə edib: Düşmənin təzyiqləri xalqın üzərində təmərküzləşib, lakin İran xalqı keçmişdəki kimi təmkinlilik, inqilabçı səbr, səhnədə iştirak, quruluşa dəstək və Rəhbərin yolunu getməklə düşmənə məyusedici cavablar veribdir.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib: Xalq düşmənlərin qarşısında İslam İnqilabı müqavimətinin əsas dayağı olub və dayağıdır. Bu gün xalqın rolu hər zamandakından təyinedicidir.
O, vurğulayıb: Bu gün xalqın rolu İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərinə riayət və ölkənin bütün inqilabçı, icra, qanunvericilik və məhkəmə orqanlarını müşayiət emtəklə hər zamandakından daha qabarıqdır.