Avq 28, 2019 11:54 Asia/Baku
  • İranın xarici işlər naziri Yaponiyanın baş naziri ilə görüşüb

Yaponiyada səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri bu ölkənin baş naziri ilə görüşüb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşündə tərəflər nüvə anlaşmasının icrası üzrə son olaylar, eləcə də bölgədəki gərginliklər və onun azaldılması yolları ətrafında fikir mübadiəsi aparıblar.

Zərif bu görüşdən sonra twitter-dəki şəxsi səhifəsində yazıb: Yaponiyanın baş naziri və xarici işlər naziri ilə olduqca yaxşı Tehran-Tokio münasibətlərinin inkişaf etdirilməsi, Fars Körfəzində gərginliyin azaldılması və nüvə anlaşması maraqlarının İran xalqı üçün qorunması barədə konstruktiv danışıqlar aparıldı.

İranın xarici işlər naziri həmçinin Malayziyaya səfərinə işarə edərək, əlavə edib: İranın Malayziyadakı diplomatik təşəbbüsü davam edəcək.

İranın xarici işlər naziri dünən Yaponiyaya daxil olub.

İran İslam Respublikasının diplomatiya aparatının başçısı Yaponiyaya səfərdən öncə Çinə gedərək, bu ölkənin xarici işlər naziri Van İ ilə görüşdü.

Zərif öz Asiya səfərinin davamında bu gün Malayziyaya yola düşməlidir.

Teqlər