Sen 03, 2019 20:40 Asia/Baku
  • Tehran meri Avstriyada avropalı rəsmi ilə görüşüb
    Tehran meri Avstriyada avropalı rəsmi ilə görüşüb

Tehran meri Avstriyada avropalı şəhərlər assambleyasının baş katibi ilə görüşdə onunla müxtəlif şəhər sahələri ətrafında fikir mübadiləsi aparıb.

İri şəhərlərin merlərinin beynəlxalq iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edən Tehran meri Pərviz Hənaçi həmçinin avropalı şəhərlər assambleyasının baş katibi ilə iri şəhərlərin imkanları, problemləri və şəhər durumu haqda söhbət edib.

Avropalı şəhərlər assambleyasının baş katibi Anna Liza Booni də Avropa şəhərlərinin Tehranla əlaqələrin genişləndirilməsinə və mövcud imkanlardan istifadəyə hazır olduqlarını bildirib.

Tehran merinin Vyanaya üçgünlük səfəri zamanı Tehran meriyası ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı- UNIDO arasında modern texnologiyalar sahəsində memorandum imzalanmalıdır.

Teqlər