Sen 06, 2019 13:18 Asia/Baku
  • İran və İndoneziya xarici işlər nazirləri ikitərəfli əməkdaşlığın genişləndirilməsini vurğulayıblar

İran və İndoneziya xarici işlər nazirləri ikitərəfli münasibətlərin genişləndirilməsini vuğulayıblar.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və İndoneziya xarici işlər naziri xanım Retno Marsudinin Cakartada keçirilən görüşündə tərəflər iki ölkə arasındakı iqtisadi əməkdaşlıq, eləcə də parlament və siyasi gediş-gəlişlər, danışıqlar və əlaqələr səviyyəsindən razılıq ediblər.

İslam Əməkdaşlığı Təşkilatında və digər beynəlxalq təşkilatlarda, həmçinin mühüm region məsələləri barədə məşvərətlərin davam etməsi və Fələstin xüsusiyyət təşkil etməklə İslam Dünyasının mühüm məsələləri barədə iki ölkə arasındakı həmkarlıq və siyasi məşvərətin artırılmasına dəstək Zərif-Marsudi məşvərətinin digər mövzularından olubdur.

İran və İndoneziya xarici işlər nazirləri həmçinin İranın nüvə anlaşmasındakı prinsipial mövqeyinə işarə edərək, qarşı tərəfin öz öhdəliklərinə sadiq olması və İran xalqının nüvə anlaşmasının iqtisadi mənfəətlərindən bəhrələnməsini zəruri adlandırıblar.

İranın xarici işlər naziri İndoneziya rəsmiləri ilə görüşmək məqsədilə dünən gecə yüksək səviyyəli nümayəndə heyəti ilə Banqladeşin paytaxtı Dəkkədən İndoneziyanın paytaxtı Cakartaya daxil olub.

Zərif İranın fəal diplomatiyası istiqamətində avqustun on birindən bu günədək Qətər, Küveyt, Finlandiya, İsveç, Norveç, Fransa, Çin, Yaponiya, Malayziya, Rusiya, Banqladeş və İndoneziyaya səfər edibdir.

Teqlər