Sen 07, 2019 13:21 Asia/Baku
  • Kəmalvəndi: IR6 sentrifuqalarının qaz tədarükü başlandı
    Kəmalvəndi: IR6 sentrifuqalarının qaz tədarükü başlandı

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: İran prezidentinin sərəncamı ilə İranın nüvə anlaşması öhdəliklərini azaltmaq üzrə üçüncü addımı cümə günü başlandı.

Behruz Kəmalvəndi bu gün bir mətbuat konfransında İranın nüvə anlaşması öhdəliklərini azaltmaq üzrə üçüncü addımını şərh edərək, deyib: İranın Atom Enerjisi Təşkilatı nüvə anlaşması məhdudiyyətlərini nəzərə almadan texniki ehtiyaclara əsasən, elmi-tədqiqat fəlaiyyətlərinə başlamağa və onu sürətləndirməyə borcludur.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü söyləyib: Şəffaflaşdırma məsələsində İranın şəffaflaşdırma barədəki öhdəlikləri keçmişdə olduğu kimi icra olunacaq.

Behruz Kəmalvəndi əlavə edib: Tədqiqat və inkişaf məsələsində dəyişikliklər bir milyon "su"ya(SWU) doğru hərəkəti asanlaşdıracaqdır.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü İranın nüvə anlaşması öhdəliklərinin azaldılması istiqamətində dörd tədbirin həyata keçirilməsinə toxunaraq, deyib: Birinci hal, 39-cu maddəyə əsaslanır. Bu maddə zənginləşdirilmiş məhsul və yeni nəsildən olan maşınların istehsalına, həmçinin tullantı ilə məhsulun bir-birinə qarışmamasına təkid edir.

O, deyib: Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə elan olunubdur ki, tədqiqat məhsulları İranın ehtiyatlarına əlavə ediləcəkdir.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü əlavə edib: Həmçinin IR6S maşınının qaz tədarükü on birinci ilin əvvəlində həyata keçirilməli idi ki, biz onun qaz tədarükünə başlamışıq.

Kəmalvəndi əlavə edib: Birinci əlavənin 35-ci bəndinin mövzusu olan IR4 maşınının 20-li halqasının işə salınması da on birinci ilin əvvəlində həyata keçirilməli idi ki, bu gün həyata keçirildi. IR4 maşınının 20-li halqası da işə başlayıb və onun məhsulları ehtiyatlara əlavə olunacaqdır.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Həmçinin 20-li halqa formasında olan IR6 maşınının qaz tədarükü iki ay bundan sonra həyata keçirilməli idi ki, bu qaz tədarükü dünən başlandı və 30-lu halqa da növbəti proqramda yer alıbdır.

Teqlər