Sen 08, 2019 18:34 Asia/Baku
  • MAQATE başçısı Zəriflə görüşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başçısı Tehranda İran İslam Respublikasının xarici işlər naziri görüşüb.

İranın yüksək vəzifəli rəsmiləri ilə görüş məqsədilə bu gün səhər tezdən Tehrana daxil olmuş Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başçısı Kornel Feruta günortaçağı İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başçısı bu görüşdən öncə İranın vitse-prezidenti və İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşüb, onunla qarşılıqlı əməkdaşlıqlar ətrafında fikir mübadiləsi aparıb.

İranın Atom Enerjisi Təşkilatının sədri bu görüşdə nüvə anlaşmasının birtərəfli yol olmadığını xatırladıb və belə deyib: Bu yol ikitərəfli olmalı idi və əgər birtərəfli olacaqsa, mütləq İran İslam Respublikası münasib zamanda layiqli qərarlar çıxaracaq. Üç addımda bu işi görən kimi.

 

Teqlər