Zərif ABŞ-ın siyasətlərinin uğursuz qaldığını vurğulayıb
İranın xarici işlər naziri deyib ki, İranın təklif etdiyi həll yollarının qəbul olunması Yəmən məsələsinə son qoyacaq.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif twitter-də ABŞ-ın dövlət katibi Mayk Pompeo-ya xtitabən əlavə edib: "Maksimum təzyiq" siyasətində məğlubiyyətlə Vaşinqton "maksimum aldatma" siyasətinə üz tutubdur.
İranın xarici işlər naziri bildirib: Amerika və onun əlaltıları "silah üstünlüyü hərbi qələbə ilə nəticələnəcək" illüziyası ilə hazırda Yəməndə ilişib qalıblar.
Zərif deyib: İranı müqəssir bilmək Yəmən faciəsinə son qoymayacaq. Əvəzində, İranın savaşa son qoymaq və müzakirələrə başlamağa dair təklifinin qəbul olunması bu məsələyə son qoya bilər.
ABŞ dövlət katibi son zamanlar Yəmən xalq qüvvələrinin ərəbistanın neftayırma zavodlarına qarşı hücumlarına reaksiyada iddia edibdir ki, Tehran yəmənlilərin ərəbistanın mövqelərinə hücumlarına dəstək verir.