Zərif: Amerikanın "maksimum təzyiq" siyasəti heç bir nəticə qazandırmayacaq
https://azeri.sahartv.ir/news/İran-i348805-zərif_amerikanın_maksimum_təzyiq_siyasəti_heç_bir_nəticə_qazandırmayacaq
İran İslam Respublikası xarici işlər naziri Amerikanın İrana qarşı " maksumum təzyiq" siyasətinin nəticəsiz qaldığını bildirərək deyib: Bu siyasət hələ də davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2019 10:31 Asia/Baku
  • Zərif: Amerikanın

İran İslam Respublikası xarici işlər naziri Amerikanın İrana qarşı " maksumum təzyiq" siyasətinin nəticəsiz qaldığını bildirərək deyib: Bu siyasət hələ də davam edir.

Məhəmməd Cavad Zərif bu gün Tehranda keçirilən Cənub Şərq Asiya Birliyinin (ASEAN) təsis edilməsinin 52-ci ildönümü mərasiminin kənarında müxbirlərə verdiyi açıqlamada Amerikanın Yəmən ilə əlaqədar  İrana qarşı ittihamlarına toxunaraq deyib: Amerikanlar İrana ittiham vurmaqdansa Yəmən xalqına qarşı həyata keçən cinayətləri araşdırsınlar. 

Zərif Yəməndə müharibəyə son qoyulmasının vacibliyini vurğulayaraq deyib: Yəməndəki durumun yeganə həll yolu müharibəyə son qoyulmasıdır və İran bu istiqamətdə kömək edə biləcəyini dəfələrlə elan etmişdir.