Hemməti: İranın Mərkəzi Bankının yenidən sanksiya edilməsi ABŞ-ın əliboş olduğunu göstərir
https://azeri.sahartv.ir/news/İran-i349032-hemməti_İranın_mərkəzi_bankının_yenidən_sanksiya_edilməsi_abŞ_ın_əliboş_olduğunu_göstərir
İran İslam Respublikası Mərkəzi Bankının baş müdiri cümə günü gecə ABŞ-ın İranın Mərkəzi Bankını yenidən sanksiya etməsinə cavab olaraq, deyib: Bu təkrar sanksiyalar İrana qarşı təzyiq vasitəsi tapmaq üçün amerikalıların əllərinin nə qədər boş olduğunu göstərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2019 13:24 Asia/Baku
  • Hemməti: İranın Mərkəzi Bankının yenidən sanksiya edilməsi ABŞ-ın əliboş olduğunu göstərir
    Hemməti: İranın Mərkəzi Bankının yenidən sanksiya edilməsi ABŞ-ın əliboş olduğunu göstərir

İran İslam Respublikası Mərkəzi Bankının baş müdiri cümə günü gecə ABŞ-ın İranın Mərkəzi Bankını yenidən sanksiya etməsinə cavab olaraq, deyib: Bu təkrar sanksiyalar İrana qarşı təzyiq vasitəsi tapmaq üçün amerikalıların əllərinin nə qədər boş olduğunu göstərir.

Əbdulnasir Hemməti belə qeyd edib: Əgər bu cür tədbirlər ABŞ hökumətinin amansız tələblərinin həyata keçməsində təsirli ola bilsəydi, İranın iqtisadi vəziyyəti indiki vəziyyətdən çox fərqli olardı.

Hemməti əlavə edib: Ötən bir ildən çox müddətdə ABŞ hökumətinin ardıcıl uğursuzluqları bu sanksiyaların hər zamandakından daha təsirsiz olduğunu göstərir və İran iqtisadiyyatı sanksiyalara davamlılığını hamıya sübut etdi.

ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdə jurnalistlərə İranın Mərkəzi Bankı və Milli İnkişaf Fonduna qarşı sanksiyalar tətbiq etdiyini bildirdi.