Sen 24, 2019 12:26 Asia/Baku
  • Zərif: Nüvə anlaşmasına sadiq qalmayacaq heç bir yeni anlaşma mövcud olmayacaq
    Zərif: Nüvə anlaşmasına sadiq qalmayacaq heç bir yeni anlaşma mövcud olmayacaq

İran xarici işlər naziri dünən gecə avropalıların İranla danışıqlar və yeni anlaşmanın əldə olunmasına dair istəklərinə cavabda deyib ki, nüvə anlaşmasına sadiq qalmayacaq heç bir yeni anlaşma mövcud olmayacaqdır.

Məhəmməd Cavad Zərif tvitterdə bildirib ki, üç Avropa ölkəsinin 2018-ci ilin mayından bəri Amerikanın icazəsi olmadan öz öhdəliklərinin icrasındakı acizlikləri aşkar olubdur. O, yazıb: Bu çatışmazlığın həll yolu, müstəqil yolun yaradılması üçün hərtərəfli iradə, Amerikanın boş iddialarının tutuquşu kimi təkrar edilməməsi və nüvə anlaşması ilə uyğunsuzluğun olmamasıdır.

İngiltərə, Fransa və Almaniya dünən gecə birgə açıqlamada özlərini nüvə anlaşmasının himayədrları kimi təqdim ediblər. Onlar İrandan istəyiblər ki, nüvə anlaşması öhdəliklərinin tam şəkildə icrasına geri dönsün.

Avropa üçlüyü sonra belə vurğulayıb: İranın nüvə proqramı barədə uzunmüddətli müzakirələrə, həmçinin öz raket proqramı daxil olmaqla təhlükəsizlik məsələləri barədə danışıqlara başlamasının vaxtı gəlib çatıbdır.

Teqlər