Kontr-admiral Səyyari: İran üstün hərbi qüdrətdir
İran İslam Respublikası Ordusu koordinatorunun müavini deyib ki, İran üstün hərbi qüdrət hesab olunur.
Kontr-admiral Həbibullah Səyyari IRNA ilə müsahibədə İranın önləyicilik qüdrətini ən yüksək həddə adlandırıb. O, əlavə edib: Bəlkə də düşmənlər müharibənin başlayıcısı olsunlar, amma qəti şəkildə savaşın bitirilməsi onların əllərində olmayacaqdır.
Kontr-admiral Səyyari vurğulayıb ki, İran heç bir vəchlə düşmənin iri həcmli təchizatlarından qorxmur. O, deyib: Bu gün İran elə bir yerdə dayanıbdır ki, heç bir düşmən İran İslam Respublikasına təcavüz cürətinə malik deyildir.
Kontr-admiral Səyyari bildirib ki, ölkənin müdafiə gücü Müqəddəs Müdafiə dövrünə nisbətən çox fərqlidir. O, deyib: İraqın bəəs rejiminin İrana hücumunun başlandığı zaman İran İslam Respublikasının silahları Qərb silahları idi, amma bu gün nəinki İranın silahlı qüvvələrinin təchizatları yerli olub, həm də ölkə yerli və təhdidlərlə mütənasib taktikalardan istifadə edir.