Sen 25, 2019 16:25 Asia/Baku
  • Mina şəhidlərinin qanları hədər getməyəcək
    Mina şəhidlərinin qanları hədər getməyəcək

Vəliyyi Fəqihin həcc və ziyarət üzrə nümayəndəsi və iranlı hacıların başçısı vurğulayıb ki, Mina faciəsi şəhidlərinin qanları hədər getməyəcək.

Höccətulislam vəlmuslimin Seyyed Əbdulfəttah Nəvvab Tehranda Məscidulhəram və Mina şəhidlərinin anım mərasimi, həmçinin Müqəddəs Müdafiə Həftəsinin əziz tutulması mərasimində əlavə edib: Mina faciəsinin baş verdiyi gün çox kədərli bir gün idi və ev sahibi olan ölkə lazımi tədbirlər görsəydi, İslam Dünyasından bu qədər şəhid olmazdı.

İranlı hacıların başçısı həmçinin bildirib ki, ərəbistan müxtəlif hadisələrdə tacirsayağı davranır. O, deyib: Səudlar hətta yəmənlilərin hücumlarını belə, İrana aid edirlər ki, bu yolla İran İslam Respublikasını təzyiq altında qoymuş olsunlar.

Minlərlə zəvvar, o cümlədən 464 iranlı zəvvar 2015-ci ilin Qurban bayramında Mina diyarında həcc mərasimini yerinə yetirərkən ali-səud başçılarının tədbirsizlikləri ucbatından həyatını itirdi.

Həmçinin Mina faciəsindən on üç gün öncə on biri iranlı olmaqla yüz on zəvvar Məscidulhəram-da qaldırıcı kranın süqut etməsi hadisəsində həyatını itirdi.

Teqlər