Sen 27, 2019 15:05 Asia/Baku
  • İran xalqının Müqəddəs Müdafiəsi müasir tarixdə təsirli oldu
    İran xalqının Müqəddəs Müdafiəsi müasir tarixdə təsirli oldu

Tehranın cümə namazı xitabətçisi İran xalqının təcavüzkar düşmən qarşısındakı 8 il Müqəddəs Müdafiəsini müasir tarixdə təsirli adlandırıb.

Höccətulislam Kazem Seddiqi Tehranın cümə namazı xütbələrində Müqəddəs Müdafiə Həftəsinin başlanmasına işarə edərək deyib: Kərbəla hadisəsindən sonra heç bir hadisə Müqəddəs Müdafiə qədər tarixdə təsirli olmayıbdır.

Tehranın cümə namazı xitabətçisi qeyd edib ki, müharibə zamanı bütün dünya ölkələri təcavüzkar düşməni himayə edirdilər, İran ordusu dağılmışdı və Sepah-ın müharibə təcrübəsi yox idi. İran xalqı Həzrət İmam Xomeyni(r.ə)-in göstərişləri ilə tam səkkiz il dünya gücləri qarşısında müqavimət göstərdi.

Höccətulislam Seddiqi sonra muhərrəmulhəram ayı günləri ilə bağlı başsağlığı verərək, əlavə edib: İmam Hüseyn(ə) ilə ünsiyyət günü-gündən bütün dünyanı bürüyür və Hüseyn Ərbəini yürüşündə şiə və sünnidən tutmuş xristian və erməniyədək müxtəlif məzhəblər və dinlərdən, həmçinin müxtəlif ölkələrdən 20 milyon nəfərlik iştirak göstərir ki, İmam Hüseyn(ə) hamının təmin olduğu qaynar bir bulaqdır.

Tehranın cümə namazı xitabətçisi həmçinin bəzi ölkələrdə insanların çətin şəraitini və məzlumlar üçün məzmunsuz insan haqlarını tənqid edib. O, deyib: Zülm altında inləyən Kəşmir müsəlmanları, məzmunsuz insan haqlarının bir iş görə bilmədiyi Nigeriya şiələri, özləri üçün heç bir qərarçıxarma haqqına malik olmayan Bəhreyn şiələri və ərəbistan şiələrinin problemlərinin aradan qaldırılması üçün bütün islami ölkələr səy göstərməlidirlər.

 

 

Teqlər