Kəmalvəndi: İranın nüvə anlaşması öhdəliklərinin azaldılması davam edəcək
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Amerikanın nüvə anlaşmasından çıxmasına və avropalıların sədaqətsizliklərinə toxunaraq, deyib: İranın nüvə anlaşması öhdəliklərinin azaldılması davam edəcək.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi Tehranda nüvə hüquqları üzrə təlim kursunun açılış mərasimində əlavə edib: İranın nüvə anlaşması öhdəliklərinin bir hissəsini azaltmaq barədəki qərarı Amerikanın bu anlaşmadan çıxmasına və avropalıların sədaqətsizliklərinə görə, həmçinin hüquq və öhdəliklər arasında müvazinət yaratmaq məqsədilə qəbul edilibdir.
Kəmalvəndi əlavə edib: Əgər avropalılar İranın nüvə anlaşmasının tam şəkildə icrasına qayıtmasını istəyirlərsə, öz öhdəliklərinə əməl etməlidirlər.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü həmçinin İran ilə Avropa Birliyi arasındakı nüvə əməkdaşlığına işarə edib. O, deyib: Bütün problemlərə rəğmən və nüvə anlaşmasının üçüncü əlavəsi ilə bağlı layihələrin icrası istiqamətində informasiya mübadiləsi və həmkarlığın yaxşılaşdırılması məqsədilə Tehran-Brüssel əməkdaşlığı davam edir.
Beş günlük nüvə hüququ kursu şənbə günü Tehranda rəsmilər, hüquq və nüvə hüququ mütəxəssislərinin iştirakı ilə fəaliyyətə başlayıb.