İslam Peyğəmbəri(s.ə.s)-in əzadarlıq mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i351283-İslam_peyğəmbəri(s.ə.s)_in_əzadarlıq_mərasimi_keçirilib
Böyük İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və dünya şiələrinin ikinci imamı, Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadətinin ildönümü günü mərasimi İranın müxtəlif şəhərlərində keçirilib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 28, 2019 04:41 Asia/Baku
  • İslam Peyğəmbəri(s.ə.s)-ın əzadarlıq mərasimi keçirilib
    İslam Peyğəmbəri(s.ə.s)-ın əzadarlıq mərasimi keçirilib

Böyük İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və dünya şiələrinin ikinci imamı, Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadətinin ildönümü günü mərasimi İranın müxtəlif şəhərlərində keçirilib.

Bütün islami İran qaraya bürünmüşdü. Mömin əhali Əhli-Beyt(ə) aşiqləri əziz İslam Peyğəmbəri(s.ə.s)-in vəfatı və Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadəti matəmində əzadarlıq ediblər.

Sabah Məşhəd şəhərində Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günündə o həzrətin və Qum şəhərində Həzrətə Məsumə(s.ə)-ın pak hərəmlərində də əzadarlıq mərasimləri keçiriləcək.

İndiyədək üç milyondan çox zəvvar maşın və ya piyada şəklində müqəddəs Məşhəd şəhərinə gəlib. Xoş o kəslərin halına ki, məhəbbət və hörmətləri əməl və təqvaları ilə yanaşı olmuş olsun.