Zərif: İranlılar heç vaxt zorakılığa təslim olmayacaqlar
İranın xarici işlər naziri ABŞ-ın İrana qarşı yeni sanksiyalarına toxunub. Vurğulayıb ki, Amerika hətta bütün iranlı kişiləri, qadınları və uşaqları sanksiya etmiş olarsa belə, iranlılar əsla zorakılığa təslim olmayacaqlar.
ABŞ dövlət departamenti İran xalqına qarşı iqtisadi terrorizmin şiddətləndirilməsi çərçivəsində cümə axşamı günü İranın nüvə fəaliyyətlərilə bağlı maddələr və quruculuq bölməsinə qarşı yeni sanksiyalar tətbiq etdi.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən öz şəxsi tvitter səhifəsində yazıb: Amerikanın İranın tikinti sektorunun işçilərinə qarşı iqtisadi terrorizm təqdim etməsi Vaşinqtonun maksimum təzyiq siyasətinin uğursuzluğunun aşkar təzahürüdür.
Zərif əlavə edib: Amerika özünü bundan artıq problemlə üzləşdirmək yerinə, öz uğursuz siyasətlərindən əl çəkməli və nüvə anlaşmasına geri dönməlidir.