Noy 03, 2019 14:56 Asia/Baku
  • Amerika İraq və Livanda siyasi boşluq yaratmaq istəyir
    Amerika İraq və Livanda siyasi boşluq yaratmaq istəyir

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Livan və İraq olaylarına toxunaraq, vurğulayıb ki, Amerika İraq və Livanda siyasi boşluq yaratmaq istəyir.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hoseyn Əmirəbdollahiyan dünən axşam İranın birinci telekanalı ilə söhbətdə əlavə edib: Amerika İraq və Livanda siyasi terrorizm metodu ilə xalqın tələbləri yolunda yayınma yaradır, zira bu ölkələrin quruluşlarının dayaqlarını aradan götürmək istəyir.

Əmirəbdollahiyan bildirib ki, korrupsiya, işsizlik və məişət problemləri İraq və Livan hökumətlərinin qarşısında duran problemlərdəndir. O, deyib: Amerikalılar bu problemlərin həlli fürsətlərini İraq və Livan hökumətlərinə vermək istəmirlər.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi vurğulayıb ki, İraq və Livan xalqlarının həqiqi tələbləri diqqət mərkəzinə alınmalıdır. O, belə qeyd edib: Əgər İraq və Livanda xarici müdaxilələr dayandırılarsa, korrupsiyanın mövcud olduğu sektorlarda ciddi islahatlar aparılar.

İraq və Livanın bəzi şəhərləri son günlər iqtisadi böhran və vergilərin vəziyyətinə qarşı xalq aksiyalarının şahididir.

Teqlər