Noy 03, 2019 15:27 Asia/Baku
  • Amerika ilə müzakirənin heç bir nəticəsi yoxdur
    Amerika ilə müzakirənin heç bir nəticəsi yoxdur

İslam İnqilabının Böyük Rəhbəri Amerika ilə müzakirəni nəticəsiz adlandıraraq vurğulayıblar ki, amerikalılarla danışıqlardan heç bir nəticə əldə olunmayacaq, zira onlar mütləq şəkildə bir imtiyaz verməyəcəklər.

Həzrət Ayətullahuluzma Xamenei bu gün, 13 aban, dünya imperializmi ilə milli mübarizə günü ərəfəsində ölkə boyu minlərlə məktəbli və tələbə ilə görüşdə əlavə ediblər: Qarşı tərəf İran rəsmilərinin müzakirə masası arxasında oturmalarını İran İslam Respublikasının diz çökməsi hesab edir və müzakirəyə israr belə bir hədəfə malikdir ki, dünya xalqlarına desinlər; maksimum təzyiq və sanksiyalar nəhayət nəticə verdi və iranlılar dizə çökdülər.

Həzrət Ayətullahuluzma Xamenei amerikalıların bir daha İrana yiyələnmələri və yeni siyasi nüfuz yolunun qarşısının alınmasını Vaşinqton hökmranlarının fitnələri qarşısında İran İslam Respublikasının ən önəmli cavabı adlandırıb və belə deyiblər: Amerika ilə müzakirənin ardıcıl şəkildə qadağan edilməsi onların İrana giriş yolunun bağlanması üzrə mühüm vasitələrdən biridir.

İslam İnqilabının Böyük Rəhbəri Kuba və Şimali Koreyanın Amerika ilə nəticəsiz müzakirələri təcrübələrini ibrətamiz adlandırıb və belə söyləyiblər: Amerika və Şimali Koreyanın məsul şəxsləri qarşılıqlı surətdə bir-birilərinə qurban-sədəqə də getdilər, amma sonda amerikalılar müzakirələrdəki öz qaydalarına əsasən, sanksiyalardan azacıq da olsa belə azaltmadılar və heç bir imtiyaz da vermədilər.

O həzrət həmçinin Fransa hökumətinin vasitəçiliyə israr etməsinə işarə edərək, deyiblər: Fransa prezidenti Trampla bir görüşü İranın bütün problemlərinin həlledicisi adlandırmışdı. Deməliyəm ki, bu adam ya çox sadədir, ya da ki, amerikalılar ilə əlbirdir.

Həzrət Ayətullahuluzma Xamenei belə bir sual veriblər: Amerikalıların İrandan tələb və təvəqqelərinin həddi harayadəkdir? O həzrət bu sulaın cavabını da veriblər: Amerikanın istəkləri heç bitən deyildir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin Amerikanın İranın raket müdafiə gücünü aradan götürmək və ya məhdudlaşdırmaq üzrə nəticəsiz səylərinə işarə edərək, əlavə ediblər: Bu gün Allah-Taalanın köməkliyi və vətən gənclərinin ciddi-cəhdi ilə iki min kilometrlik mənzilə malik olan dəqiq raketlərə malikik ki, təkcə bir metr xəta ilə hər bir hədəfə dəyə bilər.

 

 

Teqlər