13 aban yürüşünün yekun bəyanatı; İran xalqı müqaviməti davam etdirəcək
Ümumölkə 13 aban yürüşlərinin iştirakçıları bir bəyanatda bildiriblər ki, Amerika və onun müttəfiqlərinin məkirli planlarına qarşı fəal müqavimət strategiyası dini vəzifə və islam inqilabının dəyişməz amalıdır.
İran boyu keçirilən 13 aban yürüşlərinin iştirakçıları həmçinin fələstinli mücahidlərin mübarizəsini,Yəmən ənsarullahının Ali-Səud rejiminə qarşı igidliklərini, Bəhreyn və Nigeriyanın məzlum xalqlarını eləcə də Hizbullahı və regiondakı bütün müqaviməti hərtərəfli dəstəklədiklərini bildiriblər.
13 aban yürüşünün iştirakçıları region ölkələrinin xüsusiylə Livan və İraqın düşmənlərin məkirli planları qarşısında ayıq olmalarına da təkid ediblər.
Dünyanın zalım qüvvələri ilə mübarizə gününün yürüşləri bu gün İslami İranın mindən çox şəhərində əhalinin , dövlət rəsmiləri və universitet tələbələrinin geniş iştirakı ilə keçirilib.