Noy 20, 2019 19:48 Asia/Baku
  • İsveçrənin Tehrandakı səfiri İran XİN-ə çağırtdırılıb

İsveçrənin Tehrandakı səfiri Amerikanın maraqlarının mühafizəçisi kimi İranın Xarici İşlər Nazirliyinə çağırtdırılıb.

İranın Xarici İşlər Nazirliyi İsveçrənin Tehrandakı səfiri Markus Laytneri çağırtdıqdan sonra İran İslam Respublikasının Amerikanın İranın daxili işlərinə qarışmasına olan etirazını ona elan edibdir.

İranda benizinin qiymətinə düzəliş layihəsinin icrası ilə cümə günü səhər tezdən keçirilən bəzi etirazlar bir qrup xuliqan və banditin sui-istifadəsilə öz yolundan yayındı.

Ağ Ev bazar günü gecə müdaxilə mahiyyətli bir hərəkətdə İrana qarşı puç iddialarını təkrar edərək, benzinin qiymətinin artması bəhanəsilə İranın bir neçə şəhərində qarışıqlıq yaradaraq, ictimai əmlakı dağıdan az sayda iğtişaşçını himayə etdi.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ötən bazar günü xarici fiqh dərsində benizinin qiymətinə düzəliş layihəsinin icrasından sonra meydana çıxan məsələlər barədə dedilər: Yəqin ki, xalqın bir hissəsi bu qərardan nigaran və narahat olacaq, amma dağıtmaq və yandırmaq xalqın deyil, quldurların işidir.
İslam İnqilabının Böyük Rəhbəri vurğuladılar: Əks-inqilabçılar və İranın düşmənləri həmişə bu kimi təxribatlar və əmin-amansızlıqlara dəstək veriblər və hazırda da elə bu işlə məşğuldurlar.

 

 

 

Teqlər