İranda ABŞ-ın casusluq xidmətilə əlaqədə olan ünsürlər həbs olunublar
İranın təhlükəsizlik nazirliyinin əks-kəşfiyyat şöbəsinin müdiri deyib: İrandakı iğtişaşlar barədə məlumat toplayıb, əcnəbilərə təqdim edilmək üçün onları ölkə xaricinə göndərməyə çalışan bir qrup ünsür hər cür hərəkətdən öncə aşkar və həbs edilibdir.
İranın təhlükəsizlik nazirliyinin əks-kəşfiyyat şöbəsinin müdiri dünən əlavə edib: Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin büdcəsi ilə “müxbir vətəndaş” çətiri altında məlumatlar toplamaq üçün müxtəlif ölkələrdə lazımi təlimlər görmüş bu casus ünsürlər çox öncələrdən kəşfiyyat nəzarəti altında idilər və İranda iğtişaşların kulminasiya nöqtəsinə çatmasından sonra məlum oldu ki, iğtişaşlarda iştirak və xüsusən təsvirli dəqiq reportajlar hazırlamaq barədə göstərişlər alıblar.
İranın bu təhlükəsizlik rəsmisi söyləyib: Bu əsasda həmin şəxslərdən altı nəfər İrandakı iğtişaş səhnələrində iştirak edib, casusluq xidməti ünsürlərinin göstərişlərini yerinə yetirərkən həbs olundu və məlumat toplayaraq, onu ölkə xaricinə ötürmək niyyətində olan daha iki nəfər də İrandan çıxmazdan öncə aşkar və həbs edildi.