Dek 03, 2019 13:22 Asia/Baku
  • İranda bir əks-inqilabçı şəbəkə məhv edilib
    İranda bir əks-inqilabçı şəbəkə məhv edilib

İranın Təhlükəsizlik Nazirliyi ölkədə bir əks-inqilabçı şəbəkənin məhv edildiyini açıqlayıb.

İranın Təhlükəsizlik Nazirliyi bu gün bir məlumat yayaraq, bildirib: Dekabrın 7-də, tələbə günündə Tehranda və İranın bəzi rayonlarındakı ali təhsil ocaqlarında pozğunluq və toqquşma törətmək niyyətində olan əks-inqilabçı şəbəkələrdən birinin əsas üzvləri aşkar edilərək, məhkəmə orqanları ilə koordinasiya ilə həbs olunublar.

16 azər- 7 dekabr İran İslam Respublikası təqvimində “tələbə günü” adlandırılıbdır.

İranın Təhlükəsizlik Nazirliyi əlavə edib: Bu şəbəkə benzinin qiymətinə düzəliş üzrə son etirazlarda Tehran Universiteti tələbələrinin proqramını universitetdən kənara çəkməklə pozğunluq yaratmaq niyyətində olubdur ki, əlaqədar orqanların və tələbələrin sayıqlığı ilə onların niyyəti zərəsizləşdirilibdir.

İranın Təhlükəsizlik Nazirliyi vurğulayıb: Bu şəbəkə ilə bağlı bəzi ünsürlər də aşkar edilib və qanuni mərhələləri keçdikdən sonra barələrində lazımı ölçülər götürüləcəkdir.

 

 

 

Teqlər