Zarean: İranın nüvə sənayesi Amerika və Rusiyanın elmi mərkəzlərində xüsusi etibara malikdir
İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədrinin xüsusi yardımçısı İranın nüvə sənayesindəki inkişafına toxunaraq deyib: İranın nüvə sənayesi Amerika və Rusiyanın elmi və araşdırma mərkəzlərində xüsusi etibara malikdir.
Əli-Əsğər Zarean bu gün Tehranın qərbində yerləşən Kərəc şəhərində İranın nüvə sənayesindəki son nailiyyətlərdən ibarət sərgiyə baxış keçirərkən deyib: İranın Atom Enerjisi Təşkilatı üçün ixracat xüsusi prioritet təşkil edir.
Zarean deyib: Ağır su İranın Atom Enerjisi Təşkilatının ixracaq məhsullarından hesab olunur və onun 30 tonu Amerika, 40 tonu isə Rusiyaya satılıb.
AET-in sədrinin köməkçisi deyib: Avropa ölkələri də İİR-da istehsal olunmuş ağır suyu satın almaq üçün sifarişlər veriblər və onların bəzilərinə də bu məhsul satılıb, bəzilərinin sifarişləri isə araşdırılmaqdadır.
Zarean İranın 5 ölkənin üzvü olduğu konsersiuma daxil olmaqdakı monopoliyanı dağıtdığını bildirərək deyib: Uranium, ağır su satışı və ilkin maddələrin alınması ilə bu monopoliyaya son qoyulmuşdur.
İranın AET-nın sədr köməkçisi nüvə sənayesində Sentrifuqa təchizatının sadəcə zənginləşdirmə üçün istifadə olunmadığını bildirərək deyib: Bu təchizatdan sağlamlıq və sənaye sektorlarında da istifadə edilir.