İnteqrasiya; asiyalı məclislərin iclası müsbət yönlərdən
İran İslam Şurası Məclisinin sədri iranlı heyətin Asiya Parlamentləri Assambleyasının 12-ci iclasındakı iştirakını faydalı adlandırıb, İranın baxışlarının bəyanını üzvlər arasındakı inteqrasiyada müsbət dəyərləndirib.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani Türkiyə səfərindən geri dönərkən Tehranın Mehrabad hava limanında əlavə edib: Asiya ölkələri bu iclasda ötən iclasla müqayisədə daha yaxın və uyğun mövqeyə malik idilər.
İran İslam Şurası Məclisinin sədri söyləyib: Bu iclasda vurğulandı ki, dünyadakı müxtəlif qütblərin imkanlarından istifadə olunmalıdır və nəzərdən qaçırılmamalı qütblərdən biri, Asiyadır.
Əli Laricani Türkiyənin Antaliya şəhərinə səfərdə Asiya Parlamentləri Assambleyasının 12-ci iclasında iştirakdan əlavə, Türkiyə və Qətərin parlament sədləri, həmçinin Oman məclisinin sədr müavini ilə görüşüb.