Dek 16, 2019 16:56 Asia/Baku
  • Ruhani Qazaxıstanın istiqlaliyyətinin ildönümünü təbrik edib
    Ruhani Qazaxıstanın istiqlaliyyətinin ildönümünü təbrik edib

İran İslam Respublikası prezidenti Qazaxıstan Respublikasının istiqlaliyyətinin 28-ci ildönümü münasibətilə bu ölkənin prezidentini təbrik edib.

Həsən Ruhani bu gün Qazaxıstan prezidenti Qasım Jomart Tokayevə müraciətdə vurğulayıb: Ümid edirik ki, birgə həmkarlıq sayəsində ikitərəfli, regional və beynəlxalq sahələrdə İran İslam Respublikası və Qazaxıstan Respublikası arasındakı münasibətlərin daha da genişlənməsinin və məşvərətlərin davam etməsinin şahidi olacağıq.

İran İslam Respublikası prezidenti əlavə edib: Ötən otuz ildə qarşılıqlı maraqlar istiqamətində iki ölkə arasında həmkarlıqların davam etməsi İran İslam Respublikasının müxtəlif sahələrdə Qazaxıstan Respublikası ilə əlaqələrində mühüm rol oynayıbdır.

Qazaxıstan 1991-ci il dekabrın 16-da SSRİ-dən öz istiqlaliyyətini elan etdi.

 

 

Teqlər