Dek 18, 2019 08:01 Asia/Baku
  • Zərif: Zorakılıq siyasəti Fars Körfəzində təhlükəsizliyi təmin edə bilməz
    Zərif: Zorakılıq siyasəti Fars Körfəzində təhlükəsizliyi təmin edə bilməz

İranın xarici işlər naziri deyib ki, zorakılıq siyasəti Fars Körfəzində təhlükəsizliyi təmin edə bilməz.

ranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən tvitter-də “Doha Forumu” adlı beynəlxalq iclasdakı çıxışının təsvirlərini yayaraq, Fars Körfəzi ətrafındakı ölkələrə tövsiyə edib ki, daha real həmkarlığı seçsinlər.

Zərif deyib ki, heç bir yaxşı ideya yalnız bir qrup tərəfindən izlənilə bilməz.

İranın xarici işlər naziri bazar günü beynəlxalq Doha forumunun kənarında çıxışdan əlavə, bəzi ölkələrin rəsmilərilə görüşüb və “Hörmüz sülhü” layihəsində İranın hədəflərini şərh edib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani sentyabrın 25-də BMT Baş Məclisindəki çıxışında Tehranın regional və beynəlxalq mövqelərini şərh edərək, “Hörmüz sülhü təşəbbüsü” və ya “Ümid koalisiyası” adlı regional sülh layihəsini təqdim etdi.

 

Teqlər