İran parlamentinin sədri Həzrət İsanın(ə) mövludunu təbrik edib
İran İslam Respublikası İslami Şura Məclisinin sədri Xristian ölkələrin parlament sədrlərinə müraciətində Həzrət İsa Məsihin(ə) mövludu və 2020-ci milad ilinin gəlib çatması münasibəti ilə onları təbrik edib.
İRNA-nın verdiyi məlumata görə, İİR İŞM-nin sədri Əli Laricaninin müraciətində deyilir: Həzrət İsanın(ə) daima müjədəsini verdiyi məqsədlər sayəsində sülh, ədalət və tərəqqi ilahi dinlərin davamçıları arasında konstruktiv əməkdaşlıq və dialoq yolu ilə əldə olunacaq.
Laricani deyib: İranın İslami Şura Məclisi sülhün və yüksək ilahi-insani dəyərlərin gücləndirilməsi məqsədi ilə parlamentlər arasında hərhansı müştərək və konstruktiv əməkdaşlıqları müsbət qarşılayır.
Sabah dekabrın 25-i Həzrət İsa Məsihin(ə) mübarək mövludunun ildönümü gününə təsadüf edir.