Dek 25, 2019 20:03 Asia/Baku
  • Ruhani: Ölkələrlə ticarət üçün yeni metodlar yaradılıb

İran İslam Respublikası prezidenti deyib: Bu gün müxtəlif ölkələrlə ticarət üçün yeni metodlar əldə etmişik və Hindistan, Malayziya, Türkiyə, Çin və Rusiya kimi ölkələrlə ticarət əlaqələrində yeni addımlar götürmüşük.

İİR prezidenti Həsən Ruhani bu gün deyib: İran, Malayziya, Türkiyə və Qətər arasındakı dörd tərəfli iclasda maliyyə və bank məsələləri barədə eyni mövqe var idi və dünyanın özünü dollardan xilas etməsi vurğulandı. 

İİR prezidenti bu gün bütün ölkələr o sıradan Malayziya iclasında iştirakı olan ölkələrin İran xalqına qarşı təzyiqlərdə Amerikanı təqsirkar bildiklərini xatırladaraq deyib: Kimsə İran İslam Respublikasının öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə şübhə etmir və öz öhdəliklərini pozan müqabil tərəfdir. 

Ruhani deyib: Bu gün 5+1 ölkələri öz öhdəliklərini yerinə yetirməkdə iradə nümayiş etdirsələr biz müzakirəyə hazırıq. 

Teqlər