Amerikanın maraqlarının qoruyucusu İran XİN-ə çağırılıb
Amerikanın maraqlarının qoruyucusu kimi İsveçrənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb və Tehranın ABŞ rəsmilərinin İraq olayları ilə bağlı BMT əsasnaməsini pozan militarist sözlərinə qarşı kəskin etirazı ona bəyan edilib.
İran xarici işlər nazirinin köməkçisi Mohsen Bəharvənd bu gün İsveçrənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşdə bildirib ki, İraq xalqı ölkəsini işğal edən və gənclərini öldürən bir ölkəyə reakiya verəcək. O, deyib: ABŞ rəsmiləri yaxşı olardı ki, günahı başqasının boynuna yıxmaqdan əl çəksinlər və dəlilsiz olaraq, İrana ittiham vurmasınlar.
İran xarici işlər nazirinin köməkçisi deyib: İran militarist ölkə deyil, lakin hər cür ağılsız hərəkətlər və hər cür təhdid qarşısında da aciz deyi və var gücü ilə özünü müdafiə edəcəkdir.
Amerikalı pilotsuzlar bazar günü gecə İraqın Suriya ilə sərhədində yerləşən Əlqaim şəhərində Əlhəşduşşəbinin 45 və 46-cı diviziyalarının mövqelərini hədəfə aldılar. Nəticədə Əlhəşduşşəbinin azı 25 üzvü şəhid oldu, 51 nəfər də yaralandı.
ABŞ rəsmiləri bu təcavüzdən sonra bəzi iddialarda, həyata keçirilmiş əməliyyatın İranın İraqdakı addımlarına cavab olduğunu bildiriblər.
Müxtəlif iraqlı təbəqə və qruplar Amerikanın Həşduşşəbinin mövqelərinə qarşı hücumuna etiraz olaraq, dünən ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında aksiya keçirib və öz etirazlarını bildiriblər.
Bu etirazlar bu gün də davam edibdir.
Bu etirazlardan sonra ABŞ-ın prezidenti və dövlət katibi iddia ediblər ki, Amerika səfirliyi qarşısında baş verən etirazlar İran tərəfindən planlaşdırılaraq, icra olunubdur.