Kazemeyn şəhərində şəhid Qasem Soleymani ilə vidalaşma mərasimi başlanıb
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymani və onun şəhid silahdaşları ilə vidalaşma mərasimi İraqın Kazemeyn şəhərindən başlanıb.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin, İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisin və digər şəhid silahdaşları ilə vidalaşma mərasimi bu gün İraq xalqının geniş iştirakı ilə Kazemeyn şəhərindən başlanıb.
İraq xalqının istəyinə əsasən, təcavüzkar ABŞ qüvvələrinin cümə günü Bağdad hava limanının yaxınlığındakı terror hücumu şəhidlərinin cənazələri ilə vidalaşma mərasimi Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək.
İranlı şəhidlərin cənazələri bu gün axşam Tehrana köçürüləcək.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsi dünən gecə bildirib ki, general Soleymani və onunla yanaşı şəhid olanların pak cənazələri ilə vidalaşma mərasimi İslami İrana daxil olduqdan sonra yanvarın beşi səhər müqəddəs Məşhəd şəhərində, dünya şiələrinin səkkinci imamı Həzrət Əli ibn Musa Əl-Rza(ə)-ın ilahi və nurlu barigahının ətrafında keçiriləcək.
Həmçinin Tehranda vidalaşma mərasimi yanvarın altısı səhər keçiriləcək. Sonra bu ümmət və vilayət əsgərinin pak cənazəsi yanvarın yeddisində Kermanda müşayiət olunaraq dəfn ediləcək.