General Soleymaninin pak cənazəsi İslami İrana daxil olub
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin və onun şəhid silahdaşlarının pak cənazələri bu gün səhər İranın Əhvaz şəhərindəki beynəlxalq hava limanına daxil olub.
İranın ölkə və ordu rəsmiləri və xalq kütlələrindən yüzlərlə nəfər Əhvaz beynəlxalq hava limanına gələrək, Amerikanın terror hücumu şəhidlərinin cənazələrini qarşılamağa gedib.
Şəhid Hacı Qasem Soleymaninin və onun şəhid silahdaşlarının pak cənazələri dünən İraqın Kazimeyn, Bağdad, Kərbəla və Nəcəf şəhərlərində müşayiət olunmuşdu.
Proqramlaşdırmalara əsasən, müqavimət cəbhəsi şəhidlərinin pak cənazələri ilə vidalaşma mərasimi bu gün səhər saat səkkizdə İranın Xuzistan vilayətinin Əhvaz şəhərində keçiriləcək.
Qərar üzrə bu gün günortaçağı da müqavimət cəbhəsi şəhidlərinin pak cənazələri ilə vidalaşma mərasimi dünya şiələrinin səkkinci imamı Həzrət İmam Rza(ə)-ın nurlu hərəmində keçirilməlidir.
Tehran, Qum və general-leytenant pasdar Hacı Qasem Soleymaninin doğulduğu məkan olan Kerman vidalaşma mərasimlərinin keçiriləcəyi sonrakı şəhərlərdir.