Əhvazda general-leytenant Qasem Soleymani ilə vidalaşdılar
https://azeri.sahartv.ir/news/İran-i355383-Əhvazda_general_leytenant_qasem_soleymani_ilə_vidalaşdılar
İranın Xuzistan vilayətinin mərkəzi olan Əhvaz şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin və onun şəhid silahdaşlarının cənazələri ilə vidalaşıblar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 05, 2020 08:36 Asia/Baku
  • Əhvazda general-leytenant Qasem Soleymani ilə vidalaşdılar
    Əhvazda general-leytenant Qasem Soleymani ilə vidalaşdılar

İranın Xuzistan vilayətinin mərkəzi olan Əhvaz şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin və onun şəhid silahdaşlarının cənazələri ilə vidalaşıblar.

İran xalqı bu gün Xuzistan vilayətinin müxtəlif şəhərlərindən özünü Əhvaz şəhərinə çatdırdı ki, şəhid general-leytenant Qasem Soleymaninin və onun şəhid silahdaşlarının cənazələri ilə vidalaşsın.

Uşaqlar, yeniyetmələr, müxtəlif etnoslar, fədakar döyüşçülər, müharibə əlilləri və şəhid ailələrinin bu mərasimdə iştirakı möhtəşəm olub.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin və onun şəhid silahdaşlarının pak cənazələri bu gün Əhvaz beynəlxalq hava limanına daxil oldu.

Qərar üzrə bu gün günortaçağı Məşhəd şəhərində dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın nurlu hərəmində müqavimət şəhidlərilə vidalaşma mərasimi keçirilməlidir.