Məşhəddə general Soleymani ilə vida mərasimi
Müqəddəs Məşhəd şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani və onun şəhid silahdaşları ilə vida mərasimi keçirilib.
Bu mərasim bu gün günorta İranın Xorasane Rəzəvi vilayəti əhalisinin milyonluq və bir qrup məsul şəxsin iştirakı ilə keçirilib.
İran xalqı bu mərasimdə şüarlar verib, təsvirlər gəzdirərək, general Soleymaninin və digər şəhidlərin xatirələrini yad edib.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin və onun şəhid silahdaşlarının cənazələri dünya şiələrinin səkkiinci imamı Həzrət İmam Rza(ə)-ın pak hərəmində keçirilən vida mərasimindən sonra Tehrana köçürüləcək.
Sabah Tehran və Qumda bu şəhidlərlə vida mərasimləri keçiriləcək.