İİR prezidenti və nazirlər kabineti İmam Xomeyninin(r.ə) məzarını ziyarət ediblər
Fev 02, 2020 12:49 Asia/Baku
İslam inqilabının əzəmətli qələbəsinin 41-ci ildönümü ərəfəsində İran prezidenti və nazirlər kabinetinin üzvləri İmam Xomeyninin(r.ə) pak hərəmində olaraq, İslam Respublikasının banisi və şəhidlərin amallarına sədaqətlərinin təkrar nümayiş etdiriblər.
İran İslam Respublikası Həsən Ruhani və Nazirlər Kabinetinin üzvləri bu gün səhər islam inqilabının memarının ruhuna fatihə oxuyaraq və o həzrətin məzarına əklil qoyaraq onun xatirəsini anıblar.
İİR prezidenti və nazirlər kabinetinin üzvləri həmçinin şəhidlər Rəcayi, Banünər, Beheşti və Beheşti-zəhrada dəfn edilən şəhidlərin məzarları üstündə fatihə oxuyaraq islam inqilabı və müqəddəs müdafiə şəhidlərinin yüksək mövqelərini ehtiramla yad ediblər.