İran öz təhlükəsizliyinin qorunmasında güzəştə getməyəcək
İranın Atom Enejisi təşkilatının sədri Vyanada, iki ildən bir keçirilən nüvə təhlükəsizliyi üzrə üçüncü iclasda deyib ki, İran İslam Respublikası öz təhlükəsizliyinin qorunmasında tərəddüd etməyəcək və güzəştə getməyəcəkdir.
Əli Əkbər Salehi bu gün bu iclasda nüvə anlaşmasının qorunmasını nüvə təhlükəsizliyinin təminedicisi adlandırıb. O, nüvə anlaşmasının tərəflərindən biri kimi onun qorunmasında, həmçinin Amerikanın birtərəfli və zorakı siyasətlərindən xilas olmaq sahəsində daşıdığı məsuliyyəti Avropaya xatırladıbdır.
Salehi Amerika hökumətini mövcud şəraitin əsas müqəssiri kimi təqdim edib. O, Amerikaya və işğal edilmiş Fələstin ərazilərinə hakim kəsilmiş rejimlərin məsuliyyətsiz və ağılsız rəftarlarını pisləyibdir.
İranın Atom Enejisi təşkilatının sədri Vaşinqtonun beynəlxalq səhnədəki rəftarını terror hərəkəti adlandırıb. O, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds Qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymaninin terror edilməsini xatırladaraq, İranın hər cür təcavüzlə rəftarda və qarşılıqlı cavabda ciddi olduğunu vurğulayıb.
Salehi həmçinin İranın nüvə təhlükəsizliyi sahəsində görülməkdə olan geniş tədbirlərini xatırladaraq, dünya ictimaiyyətinin İranın nüvə təsisatlarına qarşı "Stuxnet" virusu kimi kiber hücumlarına bənzər təhdidlərlə ciddi rəftar etməsini və bu hücumların, həmçinin iranlı nüvə alimlərinin şəhid edilmələri üzrə terror hərəkətlərinin dayandırılmasını istəyib.
İranın Atom Enejisi təşkilatının sədri MAQATE-dən istəyibdir ki, nüvə təhlükəsizliyi sahəsində beynəlxalq həmkarlıqlara zəmanət üçün lazımi addımlar atsın və nüvə təhlükəsizliyi bəhanəsilə bu həmkarlıqlara ziyanın dəyməsinin qarşısını alsın.
İki ildən bir keçirilən nüvə təhlükəsizliyi üzrə üçüncü iclas bu gün müxtəlif ölkələrdən olan yüksək vəzifəli rəsmilər, nüvə təhlükəsizliyi ekspertləri, atom enerjisi üzrə rəislər, siyasətçilər və xarici işlər nazirlərinin iştirakı ilə işə başlayıb və beş gün müddətinə Vyanada davam edəcəkdir.