Nüvə anlaşması üzrə komissiyanın 15-ci iclasının yekun bəyanatı
Nüvə anlaşması üzrə komissiyanın 15-ci iclasının yekun bəyanatı bu anlaşmanı nüvə silahlarının yayılmasının qadağan edilməsi müqaviləsinin strukturunun aparıcı ünsürləri adlandırıb və onun qorunmasının önəmini vurğulayıb.
Bu bəyanatda İranın öz nüvə anlaşması öhdəliklərinin azaldılması istiqamətindəki addımlarından olan nigarançılıqlara işarə edilərək, deyilir: Nüvə anlaşmasının üzvləri təsdiq ediblər ki, Amerikanın sanksiyaları İranın nüvə anlaşmasının maraqlarından tam şəkildə bəhrələnməsinə mane olubdur.
Bəyanata əsasən, nüvə anlaşmasının üzvləri vurğulayıblar ki, bu barədə texniki və ekspertcəsinə bəhslər davam etsin.
Üzvlər həmçinin İNSTEKS adlı milli mexanizmin icra prosesinə nəzər salaraq, bu mexanizmin gücləndirilməsinin önəmini vurğulayıblar.
Nüvə anlaşması üzrə komissiya iclasının yekun bəyanatı ondan xəbər verir ki, anlaşmanın üzvləri həmçinin Fordo təsisatlarında sabit izotoplar layihəsinin icrasının davam etməsi istiqamətində Rusiyaya öz qətiyyətli dəstəklərini bildiriblər.