Zərif ÜST-ün koronavirusla mübarizə üzrə yardımlarına görə təşəkkür edib
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə bir tvitter mesajında Amerikanın iqtisadi terrorizminə rəğmən, koronavirusla mübarizədə İrana yardım edən Ümumdünya Səhiyyə Təşkilatına və dost ölkələrə təşəkkür edib.
Ümumdünya Səhiyyə Təşkilatının yardımlarından ibarət təyyarə dünən Tehranın İmam Xomeyni(r.ə.) adına hava limanında yerə oturub.
İngiltərə, Fransa və Almaniya da dünən bəyanat yayaraq, İranda koronavirusdan vəfat edənlərlə həmrəylik ifadə ediblər. Onlar bu virusun sürətlə yayılması ilə mübarizə üçün ölkəmizə maliyyə və tibb yardımları göndərdiklərini bildiriblər.
İranın səhiyyə nazirliyinin məlumatına görə, İranda koronavirusa yoluxma nəticəsində həyatını itirənlərin sayı 66 nəfərə çatıb və indiyədək 1501 nəfər də qəti şəkildə koronavirusa yoluxubdur.
2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən başlanan koronavirus epidemiyası 70 ölkəyə sirayət edibdir.
İndiyədək dünyada 89 min nəfər bu virusa yoluxub. Onlardan 45 min nəfərdən çox insan sağalıb və üç min nəfərdən çox insan isə həyatını itiribdir.
KORONAVİRUSLA MÜBARİZƏDƏ YARDIMA GÖRƏ, ÜST-Ə TƏŞƏKKÜR